İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas 36 yaşında karyerasını bitirdiyini açıqlayıb.
O, bu barədə İnstaqramda məlumat verib.
İndi keçmiş yarımmüdafiəçi ötən ilin avqustundan çıxış etdiyi İtaliya B Seriyasının “Komo” klubunda məşqçi kimi çalışacaq. İdmançı həm də Komonun minoritar səhmdarıdır.
Fabreqas 2003-cü ildə peşəkar futbolda debüt edib. İspan futbolçu karyerası ərzində İspaniyanın “Barselona”, İngiltərənin “Arsenal” və “Çelsi”, Fransanın “Monako” klublarında çıxış edib. O, İspaniya yığmasında 110 oyuna çıxıb, 15 qol vurub. Fabreqas ikiqat Avropa çempionu (2008, 2012) və dünya çempionudur (2010).
Klub səviyyəsində futbolçu iki dəfə İngiltərə Premyer Liqasını (APL) və İngiltərə Kubokunu, bir dəfə ölkə Superkubokunu, həmçinin çempionluğu, kubokunu və iki dəfə İspaniya Superkubokunu, UEFA Super Kubokunu, Avropa Liqası və Klublararası Dünya Kubokunu qazanıb.
Mənbə: Goal

