Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubu “İnter”in və Xorvatiya millisinin yarımmüdafiəçisi Marselo Brozoviçin transferini “Twitter” hesabında açıqlayıb.
Həmin ərəfədə Brozoviçin Səudiyyə klubu ilə müqavilə imzaladığı məlum olub. “İnter” futbolçusu üçün 18 milyon avro alıb.
Brozoviç 2015-ci ildən “İnter”in oyunçusudur. Ötən mövsüm xorvatiyalı 40 matçda iştirak edib, o, üç qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Brozovic-in bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.
Mənbə: NTV Spor

