Twitter öz səhifəsində elan edib ki, 30 gün ərzində Twitter istifadəçiləri TweetDeck-dən istifadə etmək üçün öz profillərini autentifikasiya etməlidirlər.
“30 gün ərzində istifadəçilər TweetDeck-ə daxil olmaq üçün təsdiqlənməlidir” elanda deyilir.
Şirkət əlavə edib ki, TweetDeck-in yeni və təkmilləşdirilmiş versiyası istifadəyə verilib.
Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin oktyabr ayından iş adamı İlon Maska məxsus olan Twitter bir neçə aydır ki, Oracle IT Corporation-a ödənişləri gecikdirir. Business Insider xəbər verir ki, Oracle-ın həmtəsisçisi Larri Ellison Maska sosial şəbəkənin alınmasında maliyyə yardımı edib və milyarderin yaxın dostlarından biridir.
Mənbə: haberler.com

