Malayziya iyulun 4-dən qüvvəyə minən yeni qanuna əsasən, dövlətə xəyanət də daxil olmaqla, bir sıra cinayətlər üçün məcburi ölüm cəzasını ləğv edib.
Bu barədə TASS yazır.
Əvvəllər ölkədə 33 cinayətə görə məcburi ölüm hökmü var idi. Yeni qanun onu terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəsdən adam öldürmə və dövlət başçısına sui-qəsd daxil olmaqla 12 cinayətə görə ləğv edir. Bundan başqa, adam öldürməyə cəhd, adam oğurluğu və silah alveri kimi yeddi növ cinayətə görə ölüm hökmü tamamilə ləğv edilib.
Yeni qanunvericiliyə əsasən, ölüm cəzasının tətbiqi ilə bağlı qərarı məhkəmə verəcək. Maksimum cəza 40 ildən 30 ilə endirildi. Ölüm hökmü ilə həbs cəzasına məhkum edilən şəxs yeni qanunvericiliyə əsasən, ən azı 12 dəfə qamçılanacaq.
Mənbə: TASS

