Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların mümkün qədər tez – ilin sonuna qədər başlaması üçün lazımi addımların atılmasına çağırıb. Bu barədə “Reuters” məlumat yayıb.
İyunun sonunda Avropa Parlamentinin sədri Roberta Metsola bildirib ki, Aİ Ukraynanın müraciəti ilə bağlı danışıqlara 2023-cü ilin dekabrında başlamalıdır. O əlavə edib ki, Brüssel Kiyevin “fövqəladə” islahat səylərinə cavab verməli olacaq.
İyunun əvvəlində Almaniya kansleri Olaf Şolz “Corriere della Sera” qəzetinə müsahibəsində deyib ki, Ukrayna qəbul meyarlarına cavab verdikdə Avropa İttifaqının bir hissəsi ola bilər. Siyasətçi əlavə edib ki, Aİ də öz növbəsində yeni üzvləri qəbul edə bilmək üçün bir sıra vəzifələri yerinə yetirməlidir.
Mənbə: Reuters

