27/06/2026

NATO-nun baş katibi Ukrayna ilə bağlı “güclü siqnal” açıqlayıb

NATO-nun baş katibi Yens Stoltenberq alyansın Vilnüsdə keçiriləcək sammiti öncəsi mətbuat konfransı zamanı bildirib ki, NATO üzvü olan dövlətlər Ukraynaya “güclü siqnal” göndərəcəklər. Bu barədə “Reuters” məlumat yayıb.

“Mən müttəfiqlərdən Ukraynanın üzvlük yolu ilə bağlı aydın, vahid və müsbət mesaj göndərəcəyini gözləyirəm”, – deyə baş katib bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun Ukrayna ilə bağlı ölkənin təşkilata daxil olması müqabilində alternativ planını şərh edib.

Mənbə: Reuters

Oxşar xəbərlər