Argentina millisinin futbolçusu Lionel Messi karyerasını başa vuracağı məqama yaxın olduğunu bildirib, TV Publica xəbər verir.
“Yaşıma görə karyeramın sonu o qədər də uzaqda deyil. Həmin anın nə vaxt gələcəyini dəqiq deyə bilmərəm. Mən sadəcə yaşayıram və anı həzz alıram”, – deyə Messi bildirib.
İyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda “Klermon”a qarşı meydana daxil olaraq Paris Saint-Germain üçün son matçına çıxdı. Futbolçunun parislilərlə müqaviləsi iyunda başa çatdı, o, azad agent kimi İnter Mayamiyə keçdi.
Mənbə: NTV Spor

