Blokun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansının üzvləri Ukraynanın Üzvlük Fəaliyyət Planını (MAP) yerinə yetirməsinə ehtiyac olmadan hərbi bloka üzv ola biləcəyini təsdiqləyiblər. O, bu barədə Vilnüsdə keçirilən alyans sammitində bildirib.
“İndi Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır. Müttəfiqlər Ukraynanın NATO-ya üzv olacağını təsdiqləyiblər və üzvlüklə bağlı fəaliyyət planı tələbini (həyata keçirmə – Gazeta.ru) aradan qaldırmağa razılaşıblar”, – deyə o bildirib.
Onun sözlərinə görə, Ukraynanın bu yolla NATO-ya gedən yolu iki deyil, bir addım olacaq.
Mənbə: Lenta.ru

