27/06/2026

Zelenski NATO-ya üzvlük üçün ərazilərin dəyişdirilməsinin mümkünlüyündən danışıb

Ukrayna prezidenti Vladimir Zelenski Vilnüsdə mətbuat konfransı zamanı deyib ki, Ukrayna Şimali Atlantika Alyansına üzvlük naminə heç vaxt əraziləri mübadilə etməyəcək və Rusiya ilə münaqişəni dondurmayacaq. Bu barədə RİA Novosti məlumat yayıb.

“Deyim ki, biz heç vaxt ərazilərimizə heç bir status verməyəcəyik, ərazilərimizdən imtina etməyəcəyik və heç vaxt dondurulmuş münaqişə ilə mübadilə etməyəcəyik. Bizim tərəfdaşlarımız mənim mövqeyimi aydın bilirlər”, – deyə Ukrayna prezidenti bildirib.

Beləliklə, o, Qərbin Ukrayna dövlətinin NATO-ya daxil olmasının Rusiya tərəfi ilə danışıqlardan asılı olacağı varianta hazırlaşa biləcəyi sualına cavab verib.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər