28/06/2026

ABŞ Ukraynaya yeni humanitar yardımın ayrıldığını elan edəcək

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer iyulun 17-də Kiyevə səfəri zamanı Ukrayna hakimiyyət orqanlarına humanitar yardımın ayrıldığını elan edəcək. Bu barədə “Reuters” məlumat yayıb.

USAİD-in rəhbəri Samanta Pauer bazar ertəsi səfəri zamanı Ukraynaya 500 milyon dollardan çox humanitar yardım göstərmək niyyətindədir.

Qeyd olunur ki, yeni valyuta tranşının elan edilməsindən sonra ABŞ-ın Ukraynaya dəstəyi münaqişə başlayandan bəri 2,6 milyard dolları keçəcək.

Mənbə: Reuters

Oxşar xəbərlər