Krım körpüsündə terror aktı Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum cəhdləri ilə bağlıdır. Bu fikri Dövlət Dumasının deputatı Aleksandr Tolmaçov Life nəşrinə müsahibəsində bildirib. O vurğulayıb ki, Kiyev döyüş meydanında nə qədər çox uğursuzluğa düçar olsa, bu cür təxribatlar bir o qədər tez-tez baş verəcək.
“Ukrayna xuntası ilin əvvəlindən öz əks-hücumlarını təbliğ edir, lakin indiyədək onlar nəinki heç bir istiqamətdə irəliləməyib, geri çəkilirlər. Nə qədər irəli getsək, nə qədər çox torpaq azad etsək, qurbanları sadə insanlar olan bu cür təxribatlar bir o qədər çox olacaq”, – deyə deputat bildirib.
O əlavə edib ki, Ukrayna rəhbərliyi dinc sakinlər arasında qurbanlara laqeyd yanaşır və bunu təkcə millətçi qrupların nümayəndələri deyil, həm də Ukrayna kəşfiyyatının rəhbərliyi də təsdiqləyir.
Mənbı: Global Times

