“Spartak”ın baş direktoru Oleq Malışev “Neftçi” ilə oyunda “qırmızı-ağ” azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi ilə bağlı klubun bütün xidmətlərlə əlaqə saxlayacağını bildirib. Onun sözlərini “Sport-Ekspress” yayıb.
“Pirotexniki vasitələrin nəticələri? Təxmin etmək çox çətindir. Bütün xidmətlərlə əlaqə saxlayacağıq. Ümid edirik ki, hər şey nəticəsiz olacaq”, – Malışev bildirib.
İyulun 18-də “Spartak” Azərbaycanın “Neftçi” klubunu qəbul edib. Yoldaşlıq görüşü moskvalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Pavel Meleşin və Quincy Promes vurub.
Mənbə: Sport-Ekspress

