06/07/2026

Ukraynada Dünya Bankından növbəti kreditin məbləği açıqlanıb

Ukraynanın baş naziri Denis Şmıqal Ukraynanın Dünya Bankından 1,5 milyard dollar kredit alacağını açıqlayıb. O, bu barədə öz Telegram kanalında yazıb.

“Müvafiq saziş Dünya Bankı və Maliyyə Nazirliyi tərəfindən imzalanıb”, – Ukraynanın baş naziri deyib.

Şmıxal izah edib ki, sənəd Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə son görüş zamanı qəbul edilib.

Mənbə: TASS

Oxşar xəbərlər