Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko istefa verib. O, bu barədə öz Telegram kanalında məlumat verib.
“Müharibə zamanı mədəniyyətin əhəmiyyəti ilə bağlı yaranan anlaşılmazlıq dalğasına görə bu axşam istefa ərizəmi Baş Nazirə çatdırdım. Sonra prezidentin eyni məsələ ilə bağlı bəyanatına təəccübləndim”, Tkaçenko bildirib.
Sabiq nazirin sözlərinə görə, hərbi əməliyyatlar dövründə özəl və dövlət vəsaitlərinin ayrılması “mədəniyyət üçün pilotsuz təyyarələrdən heç də az əhəmiyyət kəsb etmir, çünki mədəniyyət bizim şəxsiyyətimizin və sərhədlərimizin qalxanıdır”.
Mənbə: TASS

