Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ticarət-iqtisadi əlaqələr, enerji sektorunda strateji layihələr, eləcə də turizm sənayesində əməkdaşlıqla bağlı mövzuları müzakirə edib. Bu barədə Kremlin saytında məlumat verilib.
“Rusiya-Türkiyə tərəfdaşlığının gündəliyini müzakirə edərkən, liderlər ticarət-iqtisadi əlaqələrin gələcək inkişaf perspektivlərinə, enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsinə diqqət çəkiblər…”, – mətbuat xidməti qeyd edib.
O da məlum olub ki, Putin və Ərdoğan ötən il təxminən iki dəfə artmış ticarət dövriyyəsinin sabit artımını müsbət qiymətləndiriblər.
Mənbə: Haberler.com

