Xiaomi sentyabrın 1-də Xiaomi 13T Pro smartfonlarının qlobal təqdimatını keçirəcək. 4Gnews portalı xəbər verir ki, beləliklə, şirkət iPhone 15-in anonsunu qabaqlamaq istəyir.
Xiaomi 13T Pro hər biri 12 və ya 16 GB LPDDR5x RAM və 256 GB-dan 1 TB-a qədər dəyişən UFS 4.0 yaddaşa malik üç fərqli konfiqurasiyada təqdim olunacaq.
Xiaomi 13T Pro smartfonunun adı dəyişdirilmiş Redmi K60 Ultra olacaq və o, ənənəyə uyğun olaraq ilk dəfə avqust ayında Çin bazarına çıxarılacaq.
Mənbə: Lenta.ru

