Kanadanın Baş naziri Castin Trüdo və Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa telefon danışığı keçiriblər və onlar Ukrayna böhranının ərzaq təhlükəsizliyinə təsirini müzakirə ediblər. İki ölkə başçıları 2025-ci ildə Kanada və Cənubi Afrikada keçiriləcək G7 və G20 sammitlərini də müzakirə ediblər. “Report” TASS-a istinadən xəbər verir ki, onlar Nigerdə demokratiyaya hörmət edilməsinin vacibliyini vurğulayıblar.
Castin Trüdo prezident Ramafosa və digər Afrika liderlərinin Ukrayna böhranında sülhü qorumaq və əldə etmək səylərini dəstəklədiyini bildirib. Onlar həmçinin bu böhranın qlobal təsirini, xüsusən də Afrika ölkələrinə ciddi təsir göstərən ərzaq təhlükəsizliyi ilə bağlı müzakirə ediblər.
Mayın 14-də Cənubi Afrika prezidenti deyib ki, Afrika ölkələri Rusiya və Ukraynanı danışıqlara başlamağa razı salmağa çalışırlar. İyunun 16-da sülh missiyası Kiyevə səfər edib və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb. Növbəti gün missiyanı Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin qəbul edib. Afrika təşəbbüsünün rəsmi təfərrüatları açıqlanmayıb, lakin Putin bu təşəbbüsün Çinin Ukrayna ətrafındakı vəziyyəti həll etmək planı ilə oxşarlığını qeyd edib.
Mənbə: Report

