Sprinterin Universiadadakı kabuslu nəticəsi siyasi qalmaqala səbəb oldu

2023-cü ildə Çində keçirilən Yay Universiadası çərçivəsində qadınlar arasında 100 metr məsafəyə qaçışda Somalidən olan atlet Nasra Abukar zəif nəticə göstərib.

Məsafəni qət etmək idmançıya 20 saniyədən çox (21,81 s) vaxt sərf edib. O, qalibdən 10 saniyə geri qalaraq sonuncu qaçıb.

Belə bir çıxışdan sonra Somalinin idman naziri açıq şəkildə üzr istəyib, həmçinin Atletika Federasiyasının sədri Hadi Aden Dahiri də işdən uzaqlaşdırıb. Bu qərar, qaçışçı Abukarın bir məmurun qohumu (ehtimal ki, qardaşı qızı) olması və məhz qohumluğuna görə yarışa giriş əldə etməsi ilə bağlı şayiələr səbəb olub.

Mənbə: Sport.ru

Oxşar xəbərlər