“Real Madrid” fransız hücumçusu Kilian Mbappe PSJ Parisdən ayrılmaq niyyətini açıqlayanda ona təklif verəcək. Bu barədə L’Équipe məlumat yayıb.
İspaniya klubu hücumçu üçün 180 milyon avro ödəməyə hazırdır, lakin təklifi 200 milyon avroya qədər artıra bilər.
Mbappenin Fransa komandası ilə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir. Hücumçu PSJ ilə müqaviləni 2025-ci ilə qədər uzatmaq variantından imtina edib.
Mənbə: L’Équipe

