24/06/2026

Hindistanda COVID-19-un yeni ştammı aşkar edilib

Hindistanın COVID-19 Genomik Konsorsiumu, hazırda İngiltərədə sürətlə yayılan Eris adlı koronavirusun yeni alt variantının ölkədə hallarının ortaya çıxdığını bildirdi. Bu barədə “The Economic Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, EG.5.1 ştammı Omicron yarımnövündən gəlir, ilk dəfə 2023-cü ilin martında, iyulda isə ilk dəfə Böyük Britaniyada aşkar edilib.

Nəşr vurğulayır ki, əvvəlcə ştamm narahatlıq yaratmasa da, alimlər onun yayılma sürətindən, həmçinin yoluxmuş insanların sayının artmasından narahatdırlar.

Mənbə: The Economic Times

Oxşar xəbərlər