02/07/2026

ABŞ-da alkoqolizmi bir inyeksiya ilə müalicə etmək üsulu tapıldı

Britaniyanın “Nature Medicine” jurnalına görə, ABŞ alimləri alkoqolizmə qarşı peyvəndin yaradılmasını elan ediblər.

Ohayo Dövlət Universitetinin Wexner Tibb Mərkəzi və Tibb Kollecinin fikrincə, belə bir peyvənd alkoqol asılılığı ilə mübarizədə sıçrayış olacaq.

Alkoqolizmdən əziyyət çəkən insanların orqanizmində sevinc hormonu olan dopaminin ciddi çatışmazlığı yaşanır. Bu çatışmazlığı kompensasiya etmək üçün içən şəxs alkoqolun dozasını daim artırmağa məcbur olur. Primatlar üzərində aparılan araşdırma göstərib ki, meymunların orqanizminə bir dəfə gen dərmanı yeridilməsi beyində dopamin səviyyəsinin uzun müddət bərpa olunmasına gətirib çıxarır.

Mənbə: Gazeta.Ru

Oxşar xəbərlər