21/06/2026

ABŞ ordusu Suriyadan İraqa daha 60 neft tankeri daşıyıb

Suriya dövlət agentliyi SANA xəbər verir ki, ABŞ ordusu Suriyadan İraqa daha 60 tanker neft aparıb.

Agentliyin məlumatına görə, Suriya nefti olan 60 tankdan ibarət karvan Həsəkə əyalətindəki Əl-Valid sərhəd-keçid məntəqəsindən ABŞ-ın İraqdakı bazalarına doğru yola düşüb.

Bundan əvvəl Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiymətinin 82 dollardan aşağı düşdüyü bildirilirdi. Bunu ticarət platformasının məlumatları sübut edir.

Londonun ICE birjasında oktyabr ayı üçün Brent markalı neftin fyuçers müqaviləsinin dəyəri Moskva vaxtı ilə saat 16:55-ə 2,32% ucuzlaşaraq bir barel üçün 81,95 dollar olub. Beləliklə, Brent markalı neftin bir barelinin dəyəri iyulun 24-dən bəri ilk dəfə olaraq 82 dollardan aşağı olub. Moskva vaxtı ilə saat 17:20-də müqavilənin qiyməti 82,61 dollara qədər möhkəmlənib.

Mənbə: Haber Global

Oxşar xəbərlər