03/08/2026

Atletico prezidenti komanda ulduzunun Madriddə oynamaq istəmədiyini söylədi

“Atletiko”nun prezidenti Enrike Serezo portuqaliyalı hücumçu Joao Feliksin Madrid klubunda oynamaq istəmədiyini bildirib.

Onun sözlərini məşhur jurnalist Fabrizio Romano “Twitter” səhifəsində yazıb.

“Joao Feliksin “Atletiko”da oynamaq istəmədiyi aydındır. Digər komandalar onu görmək istəyir? Bu, böyük sualdır”, – Cerezo bildirib.

Joao Feliks üç mövsüm Portuqaliya “Benfika”sında çıxış edib. O, 2019-cu ildə Madrid komandasına keçib. Onun “Atletiko” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. O, ötən mövsümün yarısını İngiltərə Premyer Liqasında (APL) keçirib, icarə əsasında “Çelsi”də çıxış edib. Transfermarkt-a görə, Feliksin bazar dəyəri 50 milyon avrodur.

Mənbə: Goal

Oxşar xəbərlər