18/06/2026

Tennisçi ABŞ-da matç zamanı marixuana qoxusundan şikayətlənib

Yunanıstanlı tennisçi Mariya Sakkari ABŞ Açıq çempionatının ilk tur matçı zamanı kortdakı qoxudan şikayətlənib. Matçın gedişində o, hakimə dedi: “Qox… Vallah… Deyəsən, parkdan gəlir. Çünki dünən burada məşq etdik – eyni idi”.

“Çətənə idi. Bu qoxu mənə qətiyyən təsir etmədi. Dünən məşqdə mən də bu qoxunu hiss etdim. Biz buna nəzarət edə bilmirik, bura açıq parkdır və insanlar orada istədiklərini edə bilərlər. Bu barədə düşünmürsən, səni maraqlandıran yeganə şey matçda qalib gəlməkdir. Qoxuya o qədər də əhəmiyyət vermədim”, – deyə Sakkari oyunsonrası mətbuat konfransında bildirib.

Sakkarinin ispaniyalı Rebeka Masarova ilə görüşü yunanların 4:6, 4:6 hesablı məğlubiyyəti ilə başa çatıb.

Mənbə: TRT Sport

Oxşar xəbərlər