İspaniya Kral Futbol Federasiyasının (RFEF) müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan rəhbəri Luis Rubiales tutduğu vəzifəni tərk etmək qərarına gəlib. Bu barədə o, videosu jurnalistin X sosial şəbəkəsində yayımlanan Piers Morgan-a müsahibəsində bildirib.
“Bəli, işimi davam etdirə bilməyəcəyim üçün istefaya gedirəm” dedi ispan.
Həmçinin Rubiales mediaya yaydığı açıqlamada Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) vitse-prezidenti vəzifəsindən istefa verdiyini açıqlayıb.
Mənbə: TRT Sport

