Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Rusiyadan krallığın Moskvadakı yeni səfiri Naycel Filip Keysi üçün çoxdəfəlik diplomatik viza almağı xahiş edib. Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Departament bildirib ki, diplomatik hüquq normalarına uyğun olaraq, Moskva bu yay Keysinin namizədliyinin məqbul olduğunu təsdiqlədikdən sonra Britaniya Xarici İşlər Nazirliyi yeni səfir üçün çoxdəfəlik diplomatik viza almaq üçün Rusiya tərəfinə müraciət edib.
Rusiya Xarici İşlər Nazirliyi vizanın yaxın vaxtlarda veriləcəyini bildirib.
Mənbə: RİA Novost

