Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius “Le Monde” qəzetinə müsahibəsində bildirib ki, Almaniya Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketləri göndərə bilər, lakin ilk növbədə belə tədarüklərlə bağlı bütün məsələləri öyrənmək istəyir.
Onun sözlərinə görə, Berlin bu silahları Kiyevə verməkdən imtina etmir.
“Biz sorğunu və onun nəticələrini öyrənirik, bu da müəyyən texniki və hüquqi məlumatları nəzərə almaq deməkdir. Mən başa düşürəm ki, bu vaxt tələb edir. Amma “Taurus” qanadlı raketləri çox uzaq mənzilli sistemlərdir”, – nazir bildirib.
Mənbə: A Haber

