Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves hesab edir ki, Avropa “müharibə şəraitindədir”, ona görə də Ukraynadakı hadisələrdən söhbət gedəndə yerli sakinlərin qısamüddətli problemlərinin “fərqi yoxdur”. Bu barədə o, Swissinfo-ya müsahibəsində bildirib.
“Biz müharibə vəziyyətindəyik. Müharibədə hamımız qurbanlar veririk. Biz Rusiya neft və qazından istifadə etmədiyimiz üçün elektrik enerjisi üçün daha yüksək xərclər ödəyirik. Bu hər kəsə təsir edir. Yerli sakinlərin qısamüddətli problemləri Ukraynaya gəldikdə, sadəcə olaraq heç bir əhəmiyyət kəsb etmir,” İlves deyir.
Qərb dövlətləri 2022-ci il fevralın sonunda Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına cavab olaraq Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər. O cümlədən, Avropa İttifaqı 11 məhdudlaşdırıcı tədbirlər paketi qəbul edib. Qərb mətbuatı dəfələrlə etiraf edib ki, Rusiya iqtisadiyyatı belə təzyiqlərə tab gətirə bilib.
Mənbə: A Haber

