Kanada İcmalar Palatasının spikeri Entoni Rota SS Qalisiya diviziyasının yaşlı əsgəri Yaroslav Hunku parlamentə dəvət etdiyi üçün üzr istəyib. Bu barədə RİA Novosti məlumat yayıb.
İkinci Dünya Müharibəsi illərində ruslara qarşı mübarizənin veteranı kimi təqdim edilən Hunka Ukrayna lideri Vladimir Zelenskinin səfəri ilə bağlı parlamentin iclasında parlamentdə sürəkli alqışlarla qarşılanıb.
Hunkanın SS qoşunlarının 14-cü “Qalisiya” könüllü diviziyasının üzvü olduğu məlum olub.
Mənbə: RİA Novosti

