Çində uyğur professor Rahila Davut “dövlətin təhlükəsizliyinə təhdid” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib. Bu barədə The Guardian xəbər verir.
Nəşrin məlumatına görə, qadın 2018-ci ildə itkin düşüb. Onun indi 57 yaşı var. Davut öz tədqiqatlarında uyğurların folklorunu və adət-ənənələrini öyrənmişdir. 2016-cı ildən bəri 300-ə yaxın uyğur ziyalısının həbsdə olduğu bildirilir. O, azadlıqdan əlavə, siyasi hüquqlardan da məhrumdur.
Harvard və Kembric universitetləri, həmçinin Kornel, Britaniya Kolumbiyası, Pensilvaniya, Vaşinqton və İndiana universitetləri Davutun azadlığa buraxılmasını tələb ediblər.
Mənbə: Haberler.com

