Ukraynanın maliyyə naziri Sergey Marçenko bəyan edib ki, Kiyevi pulla təmin etmək istəyən “az və daha az” adam var. RİA Novosti bu barədə Marçenkonun Ukrayna telemarafonunda efirdə verdiyi açıqlamaya istinadən yazır.
“Pul ayırmaq istəyənlər getdikcə azalır, lakin bu o demək deyil ki, pul olmayacaq və bu o demək deyil ki, biz işi dayandırmışıq. Bu il büdcə kəsirinin maliyyələşdirilməsinə təqribən 42 milyard dollar ayıracağımıza zəmanət verilir. Ümid edirəm ki, biz bunun 2024-cü ildə təmin olunması üçün mümkün olan hər şeyi edirik”, – deyə maliyyə naziri bildirib.
O qeyd edib ki, digər ölkələrin vergi ödəyicilərinin Ukraynanı nə qədər maliyyələşdirməyə hazır olması ilə bağlı çoxlu suallar yaranır.
Mənbə: RİA Novosti

