Səudiyyə Ərəbistanı Futbol Federasiyası Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) ilə birlikdə argentinalı hücumçu Lionel Messini ölkə çempionatına dəvət etmək variantını araşdırır. Bu barədə jurnalist Rudy Galetti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Asiya federasiyası 35 yaşlı cənubi amerikalını “İnter Mayami”nin Amerika MLS çempionatının pley-off mərhələsinə yüksələ bilməməsi səbəbindən futboldan kənarda keçirəcəyi növbəti 4 aya dəvət etməyə hazırdır.
2023-cü ilin yayında Messi “Əl-Hilal”a keçə bilərdi, lakin iki il Fransanın Paris Saint-Germain klubunda oynadıqdan sonra “İnter Mayami”yə keçməyə qərar verdi. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazandı. “İnter Mayami” turnirin həlledici matçında “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun qalibi olub.
Mənbə: Sport.ru

