Papa Fransisk Maradonanı məğlub adlandırıb

Papa Fransisk “Rai 1” televiziyasına müsahibəsində argentinalılar Lionel Messi və Dieqo Maradonanın ən yaxşı futbolçu olmadığını deyib və braziliyalı Pelenin böyüklüyünə diqqət çəkib.

“Bir oyunçu kimi Maradona əladır. Amma insan kimi uduzandır… Messi çox düz deyir, centlmendir. Amma mənim üçün bu üçlük arasında böyük centlmen Peledir. Ürək adamı”, – deyə ehtiraslı futbol azarkeşi kimi tanınan 86 yaşlı pontifik bildirib.

Oktyabrın 30-da Messi səkkizinci dəfə “Qızıl top”u qazandı.

Mənbə: A Haber

Oxşar xəbərlər