Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində tərəfdaşlığını genişləndirməyə sadiqdir. TASS xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqtonda səudiyyəli həmkarı şahzadə Xalid bin Salman Əl Səudla görüşündə deyib.
Görüş zamanı Ostin ABŞ-ın Krallığın ərazisini müdafiə etmək və güclü ikitərəfli müdafiə tərəfdaşlığını gücləndirmək və genişləndirmək öhdəliyini vurğuladı. Artan risklər fonunda, nazir xüsusilə hava və raket hücumundan müdafiə və dəniz təhlükəsizliyi sahələrində “daha çox inteqrasiyanı təşviq etdiyini” elan etdi.
Oktyabrın 23-də keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Larri Conson bildirib ki, Rusiya Federasiyasının Ukraynadakı xüsusi hərbi əməliyyatı ABŞ-ın beynəlxalq arenada, xüsusən də Yaxın Şərqdə mövqeyini zəiflətdi.
Mənbə: TASS

