Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Respublikaçılar Partiyasının bəzi üzvlərinin mövqelərinin ukraynalıları qorxutduğunu bildirib. O, bu barədə Nyu-Yorkda Reuters Next konfransında videomüsahibəsində bildirib.
“Respublikaçıların bəzi səsləri hazırda həqiqətən təhlükəlidir. Təbii ki, xalqımız belə səslərdən qorxur”, – deyə Zelenski bildirib.
Onun fikrincə, Konqresdə və ya Ağ Evdə mövqe dəyişsə, o zaman xarici siyasət də dəyişəcək.
Mənbə: Lenta.ru

