“Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley xaricə ilk səfərləri üçün ABŞ və İsraili seçdiyini bildirib.
O, bu barədə “Radio Mitre”də məlumat verib.
“Mənim ilk səfərim ABŞ-a olacaq” dedi. Səfərlər dekabrın 10-na planlaşdırılan rəsmi inauqurasiyadan əvvəl baş tutacaq.
Miley qeyd edib ki, Yaxın Şərq səfəri daha çox mənəvi xarakter daşıyacaq. “Mən artıq İsrailin Argentinadakı səfiri ilə bu barədə razılığa gəlmişəm. Bu günlərin birində baş verəcək”, – deyə siyasətçi bildirib.”
Mənbə: Haber Global

