Kanzas ştatından olan respublikaçı amerikalı senator Rocer Marşall Respublikaçılar Partiyasını “praymerizlərdə siyasi çaşqınlıqlara son qoymağa”, ABŞ prezidentliyinə namizəd Donald Trampın arxasında birləşməyə və diqqətini Co Baydenə qalib gəlməyə yönəltməyə çağırıb. Onun sözlərini Fox News sitat gətirir.
Televiziya kanalı ilə söhbətində Marşall hazırkı dövlət başçısını tənqid edərək deyib ki, Bayden “Amerikanın kənd təsərrüfatına və Amerikanın enerji müstəqilliyinə, Amerikanın suverenliyinə, iqtisadiyyatımıza müharibə elan edib”.
Onun nöqteyi-nəzərindən, yalnız Tramp “ölkəni ilk gündən yoluna qaytara bilər”.
Mənbə: TASS

