İsrail hökumətinin başçısı Benyamin Netanyahu bildirib ki, o, Mossad kəşfiyyat xidmətinə Fələstinin radikal HƏMAS hərəkatının liderlərinə qarşı bütün dünyada fəaliyyət göstərməyi əmr edib. Bu barədə RİA Novosti Netanyahunun mətbuat konfransındakı çıxışlarına istinadən məlumat yayıb.
Baş nazirin sözlərinə görə, o, kəşfiyyata HƏMAS rəhbərliyinin harada yerləşməsindən asılı olmayaraq ona qarşı fəaliyyət göstərməyi tapşırıb.
Bundan əvvəl İsrailin keçmiş baş naziri Ehud Olmert HƏMAS ilə barışıq zamanı ölkə əhalisini Benyamin Netanyahunu devirməyə çağırmışdı.
Mənbə: RİA Novosti

