Qaraciyərin ən böyük düşməni qaraciyərin fibrozuna səbəb olan hepatositləri (qaraciyər hüceyrələrini) birbaşa zədələyən spirtdir. Gələcəkdə bu, qaraciyər sirrozunun inkişafına səbəb ola bilər.
SM-Clinic Hepatologiya Mərkəzinin qastroenteroloqu Valeriya Lomova qaraciyər üçün ən zərərli qidaları sadalayıb.
“Heyvan yağında yüksək olan qidalar da qaraciyərin sağlamlığı üçün zərərli hesab olunur. Bunlara: kərə yağı, piy, marqarin, kolbasa, yağlı ətlər (quzu, donuz əti, ördək, qaz), xəmir məmulatları, tortlar, un məmulatları, yarımfabrikatlar və fastfud məhsulları daxildir”, – deyə Lomova əlavə edib.
Bundan əlavə, həkimin dediyi kimi, fruktoza həddindən artıq istehlakı qaraciyərin yağlanmasına səbəb ola bilər.
Mənbə: Gazeta.Ru

