Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Tokio yaxın vaxtlarda Şimali Koreyanın raket buraxılışları ilə bağlı ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
RİA Novosti bu barədə Kişidanın jurnalistlər qarşısında çıxışına istinadən xəbər verir.
Hökumət başçısının sözlərinə görə, o, Nazirlər Kabinetinə əhalinin məlumatlandırılmasını və təhlükəsizliyin təmin edilməsini tapşırıb. Hazırda Yaponiya hakimiyyət orqanlarında Şimali Koreya raketinin düşməsi nəticəsində dəyən ziyan barədə məlumat yoxdur.
Kişida qeyd edib ki, baş verənlərin bütün təfərrüatları barədə məlumat alındıqdan və hazırkı vəziyyətə aydınlıq gətirildikdən sonra Yaponiya Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

