Mask bildirib ki, bəşəriyyət Ay və Marsı doldurmalıdır

Amerikalı sahibkar İlon Mask bildirib ki, bəşəriyyət kosmosu araşdırmalı və başqa planetləri məskunlaşdırmalıdır.

Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Maska görə, bəşəriyyət Ayda kosmik bazaya, Marsda şəhərlərə sahib olmalı və “ulduzlar arasında” olmalıdır.

Sahibkar qeyd edib ki, Rayt qardaşlarının hazırladığı təyyarənin ilk uçuşundan Aya enişinə qədər cəmi 66 il, Aya sonuncu enişindən isə yarım əsr keçib. Mask vurğuladı ki, belə uzun bir dövr sivilizasiya olaraq bəşəriyyətin ən yüksək nailiyyəti ola bilməz.

Mənbə: Haberler.com

Oxşar xəbərlər