İsrail hökumətinin sözçüsü Eilon Levy bildirib ki, İsrail Qəzza zolağında döyüşlərlə bağlı Cənubi Afrikanın soyqırım ittihamlarına etiraz etmək üçün Haaqa Beynəlxalq Məhkəməsi qarşısında çıxış edəcək. Onun onlayn brifinq zamanı sözlərini Reuters agentliyi yayıb.
“İsrail Dövləti Cənubi Afrikanın absurd qan böhtanını təkzib etmək üçün Haaqadakı Beynəlxalq Məhkəmə qarşısında çıxış edəcək” dedi Levi.
Bundan əvvəl İsrailin “Haaretz” qəzeti yazıb ki, İsrail prokurorları və təhlükəsizlik orqanları Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza zolağında yəhudi dövlətini soyqırımda ittiham edə biləcəyindən narahatdırlar.
Mənbə: Reuters

