22/07/2026

Fransa Nigerdəki səfirliyini bağlayıb

Fransa Nigerin paytaxtı Niameydəki səfirliyini növbəti xəbərdarlığa qədər bağlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin kommünikesində bildirilib.

Fransa Xarici İşlər Nazirliyinin bildirdiyi kimi, səfirlik Parisdən fəaliyyətini davam etdirəcək.

Dekabrın 22-də Fransa son hərbi kontingentini Nigerdən çıxardı.

Dekabrın 13-nə olan məlumata görə, Nigerdə ​​cəmi 157 fransız əsgəri qalıb və Niger Silahlı Qüvvələri dekabrın 22-ni fransız əsgərlərinin ölkədə qalması üçün son gün kimi rəsmi olaraq elan edib.

Mənbə: A Haber

Oxşar xəbərlər