Belarus prezidenti Aleksandr Lukaşenko korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq müqavilələrin denonsasiyası haqqında qanun imzalayıb. Sənəd respublikanın hüquqi internet portalında yerləşdirilib.
Söhbət 1999-cu il Korrupsiyaya görə Mülki və Cinayət Məsuliyyəti Konvensiyalarından gedir. Eyni zamanda, Lukaşenkonun imzaladığı qanun Belarusla Avropa Şurası arasında Korrupsiyaya Qarşı Dövlətlər Qrupuna (GRECO) üzv ölkələrin nümayəndələrinin imtiyazları haqqında sazişə xitam verir. Belə bir qərar beynəlxalq təşkilatı respublikada əlverişli iş şəraiti ilə təmin etmək öhdəliyini ləğv edir.
Bazar ertəsi, yanvarın 8-də Minsk ATƏT müşahidəçilərini parlament seçkilərinə dəvət etməkdən imtina edib. Respublikanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Andrey Dapkiunasın sözlərinə görə, o, artıq bu qərarla bağlı Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) direktoru Matteo Mekaççiyə məlumat verib.
Mənbə: Gazeta.ru

