Monreal və Toronto universitetlərinin kanadalı alimləri Yerdən 50 işıq ili uzaqlıqda, Cetus bürcündə yerləşən LHS 1140b ekzoplanetini tədqiq ediblər. Onlar belə qənaətə gəliblər ki, bu dünya yaşamaq üçün əlverişli ola bilər və çoxlu miqdarda maye su ehtiva edir. Tədqiqat The Astrophysical Journal Letters (TAJL) elmi jurnalında dərc olunub.
LHS 1140b ölçüsü və kütləsi Günəşimizinkinin təxminən 20%-i qədər olan kiçik bir ulduzun ətrafında fırlanır. Planetin özü Yerdən 1,7 dəfə böyükdür. Bütün müşahidələrin təhlili göstərdi ki, göy cismi sırf qayalıq olmaq üçün kifayət qədər sıx deyil. Bu, ya suyun bolluğunu, ya da sıx hidrogen və helium atmosferinin mövcudluğunu göstərir.
Astronomların fikrincə, tutqun ulduz öz aşağı aktivliyinə görə planetdə həyat üçün uyğun şəraiti saxlaya bilir.
Mənbə: Gazeta.ru

