Böyük Britaniya özünümüdafiə məqsədilə Yəmənin şimalında hakim Ənsar Allah hərəkatına (Husilər) qarşı əlavə tədbirlər görə bilər. Bunu Böyük Britaniyanın Xarici İşlər naziri Devid Kemeron “Əl Ərəbiyyə” telekanalına açıqlamasında deyib.
“Biz husilərə qarşı özünümüdafiə üçün əlavə tədbirlər görməyə hazırıq” dedi.
Kemeron Qırmızı dəniz bölgəsindəki gərginlikdə Husiləri günahlandırıb.
Mənbə: Lenta.ru

