29/06/2026

Şimali Koreya hipersəs döyüş başlığına malik bərk yanacaqlı raketi sınaqdan keçirib

Şimali Koreya yanvarın 14-də hipersəs idarə olunan döyüş başlığına malik bərk yanacaqla işləyən orta mənzilli ballistik raketi sınaqdan keçirib. Bu barədə Pxenyan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

KCNA-nın verdiyi məlumata görə, KXDR Baş Raket Müdirliyi hipersəs manevrli idarə olunan döyüş başlığına malik orta uzun mənzilli bərk yanacaqlı ballistik raketin uğurlu sınaq buraxılışını həyata keçirib.

Pxenyan vurğulayıb ki, sınaqlar qonşu dövlətlərin təhlükəsizliyinə heç bir təsir göstərməyib və regiondakı vəziyyətlə əlaqəli deyil.

Mənbə: KCNS

Oxşar xəbərlər