03/07/2026

Dekabr ayında avtomobillə vurulan Daun sindromlu piyada vəfat edib

Ötən ilin dekabr ayında Zaqatalada vurulan piyada vəfat edib.

Oxu.Az-ın məlumatına görə, 2023-cü ilin dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində vurulan piyada, 1998-ci il təvəllüdlü Daun sindromlu İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, onu VAZ-2106 markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov vurub, hadisə yerindən qaçmışdı.

Daha sonra polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Oxşar xəbərlər