Birləşmiş Ştatlar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərinə endirdiyi zərbələri pisləyir. TASS xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
“Biz İranın İraqda sabitliyi pozan ehtiyatsız raket hücumlarına qarşıyıq”, – bəyanatda deyilir.
Dövlət Departamentinin vurğuladığı kimi, Birləşmiş Ştatlar “İraq hökumətini və İraq Kürdüstan Regional Hökumətini İraq xalqının istəklərini yerinə yetirmək səylərində dəstəkləyir”.
Mənbə: TASS

