Ukraynanın “Athlon Avia” şirkətinin rəhbəri Artem Vyunnik bildirib ki, Ukrayna hakimiyyəti pilotsuz uçuş aparatlarının (PUA) istehsalına əhəmiyyət vermir. O, bu barədə “Radio NV”yə müsahibəsində bildirib.
“Biz heç nə edə bilmərik, çünki təkcə logistika beş-altı ay çəkir. Və istehsal dövrü təkcə logistika deyil. Buna gülmək olardı, amma belə müraciətlər gələndə mən ağlamaq istəyirəm”, – Vyunnik Ukrayna hökumətinin xahişləri barədə danışarkən deyib.
Onun sözlərinə görə, ölkə hakimiyyəti gələcəkdə onlara nə lazım olacağını anlamır və tələblərini düzgün formalaşdıra bilmir. Buna görə də, dron istehsalçılarının proqnozlaşdırılması və planlaşdırılması əziyyət çəkir, çünki onların hərəkətlərini əlaqələndirmək üçün kifayət qədər vaxtının olması vacibdir, Vyunnik qeyd etdi.
Mənbə: TASS

